Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.
“Kasımpaşa” – “Antalyaspor” matçında qapılara qol vurulmayıb. “Gənclərbirliyi” – “Samsunspor” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Üç qolun vurulduğu “Kocaelispor” – “Trabzonspor” görüşü qonaqların qələbəsiylə yekunlaşıb. “Alanyaspor”un qonağı olmuş “Fənərbağça” da turu qələbə ilə başa vurub.
18-ci turun qalan görüşləri yanvarın 19-da keçiriləcək.
Türkiyə, Super Liqa
18-ci tur
17 yanvar
Başakşəhər – Karagümrük 2:1
Qollar: Şomurodov, 15. O.Şahiner, 87 – Fofana, 75.
Qalatasaray – Qaziantep 1:1
Qollar: B.A.Yılmaz, 84 – Bayo, 73.
18 yanvar
Kasımpaşa – Antalyaspor 0:0
Gənclərbirliyi – Samsunspor 1:1
Qollar: Koita, 60 – Marius, 38.
Kocaelispor – Trabzonspor 1:2
Qollar: Petkoviç, 18 – F.Auqusto, 44. Muçi, 90+1.
Alanyaspor – Fənərbağça 2:3
Qollar: Haderqyonay, 3. Makuta, 27 – Talişka, 9; 78. Musaba, 52.
19 yanvar
18:00. Konyaspor – Eyüpspor
21:00. Beşiktaş – Kayserispor
21:00. Göztəpə – Rizəspor
