Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
“Parma” – “Cenoa” matçında qapılara qol vurulmayıb. “Bolonya” doğma meydanda “Fiorentina”ya, “Torino” isə “Roma”ya məğlub olub. “Milan” da “Leççe” ilə ev oyunundan çətin qələbə ilə ayrılıb.
21-ci turun qalan görüşləri yanvarın 19-da keçiriləcək.
İtaliya, A Seriyası
21-ci tur
16 yanvar
Piza – Atalanta 1:1
Qollar: Durosinmi, 87 – Krstoviç, 83.
17 yanvar
Udineze – İnter 0:1
Qol: L.Martines, 20.
Napoli – Sassuolo 1:0
Qol: Lobotka, 7.
Kalyari – Yuventus 1:0
Qol: Massitelli, 65.
18 yanvar
Parma – Cenoa 0:0
Bolonya – Fiorentina 1:2
Qollar: Fabbian, 88 – Mandraqora, 19. Pikkoli, 45.
Torino – Roma 0:2
Qollar: Malen, 26. Dibala, 72.
Milan – Leççe 1:0
Qol: Fullkruq, 76.
19 yanvar
21:30. Kremoneze – Verona
23:45. Latsio – Komo
