AZ

Kilian Mbappe Anrini geridə qoydu, qarşıda Benzema var – ARENA.AZ

İspaniya nəhəngi “Real”ın hücumçusu Kilian Mbappe Fransa futbol tarixinin ən çox qol vurmuş oyunçuları siyahısında 2-ci yerə yüksəlib.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu İspaniya La Liqasının 20-ci turunda “Levante” ilə oyunda (2:0) növbətini qolunu vurub.

Bu, Mbappenin peşəkar karyerasında vurduğu 412-ci qol olub. O, karyeresını 411 qolla başa vurmuş Tyeri Anrini geridə qoyub.

Birinici yeri hələ ki, Kərim Benzema tutur. “Əl-İttihad”da çıxış edən hücumçunun aktivində 513 qol var.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Mbappe cari mövsümdə “Real”ın heyətində 26 oyuna çıxıb, 30 qol vurub, 5 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 85 oyun, 74 qol, 10 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 94 oyun keçirib, 55 qol vurub və 40 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
55
11
arena.az

10Mənbələr