AZ

Afrika Millətlər Kubokunun ən yaxşı 11 oyunçusu açıqlandı – ARENA.AZ

Afrika Futbol Konfederasiyası (CAF) bir neçə gün öncə başa çatmış Afrika Millətlər Kubokunun rəmzi komandasını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Turnirin ən yaxşı “11-liy”ində Seneqal millisinin kapitanı Sadio Mane və Mərakeş yığmasının ulduzu Brahim Dias da yer alıblar.

Afrika Millətlər Kubokunun rəmzi komandası belədir:

Qapıçı: Yassin Bunu (Mərakeş);

Müdafiəçilər: Mussa Niakate (Seneqal), Kalvin Bessi (Nigeriya), Nussair Mazraui, Əşrəf Hakimi (hər ikisi – Mərakeş);

Yarımmüdafiəçilər: İdrissa Qeye, Pape Qeye (hər ikisi – Seneqal), Ademola Lukman (Nigeriya);

Hücumçular: Sadio Mane (Seneqal), Brahim Dias (Mərakeş), Viktor Osimhen (Nigeriya).

Xatırladaq ki, Afrika Millətlər Kubokunda çempionluğu Seneqal yığması bayram edib. Sözügedən komanda finalda meydan sahibi Mərakeş yığmasını 1:0 hesabıyla məğlub edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
66
12
arena.az

10Mənbələr