AZ

Natiq Bağırov: "Avropa Kubokunda iştirakçı ölkələrin sayının artmasını istəyirik"

Azərbaycan Cüdo Federasiya (ACF) ölkəmizdə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda iştirakçı ölkələrin sayının artmasını istəyir.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə ACF prezidentinin müşaviri Natiq Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Qurum rəsmisi bu gün Gəncə İdman Sarayında start götürən turnirlə bağlı fikirlərini bölüşüb:

"Gəncədə cüdo bayramıdır. Bu yarış milli komanda üçün seçim xarakteri daşıyır. Cüdoçularımızdan medallar gözləyirik. Özlərini göstərə bilən idmançılar istər Avropa, istərsə də dünya birinciliyində iştirak şansı əldə edəcəklər".

N.Bağırov Belarus idmançılarının buraya gəlişində rolunun olduğunu sözlərinə əlavə edib:

"Daha əvvəl bu ölkənin cüdo millisinin baş məşqçisi olmuşam. Onların Azərbaycandakı yarışa qatılması sevindirici haldır. Avropa Kubokunda iştirakçıların sayının artmasını istəyirik".

Xatırladaq ki, Avropa Kuboku aprelin 5-də başa çatacaq.

Seçilən
17
28
far.az

10Mənbələr