Ermənistan və Azərbaycan sülh sazişinin paraflanması və beynəlxalq danışıqlar formatının - ATƏT-in Minsk Qrupunun ləğvi şərtlərini fəal şəkildə müzakirə edirlər.
Operativ Media xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib .
"Minsk Qrupu mexanizmlərinin ləğvi və sülh sazişinin mümkün imzalanmasına gəlincə, bu, Ermənistan Respublikası üçün aydın gündəmdir və hazırda bunun hansı şəraitdə baş verə biləcəyi ilə bağlı fəal müzakirələr aparılır", - o qeyd edib.