AZ

Almaniyanın dəniz sənayesi nümayəndələri Azərbaycana səfər edəcək

Sentyabrın 8-11 Almaniyanın dəniz sənayesinin nümayəndə heyətinin Azərbaycanda işgüzar səfəri təşkil olunacaq.

Operativ Media xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan)  nümayəndə heyəti gəmiqayırma, rəqəmsallaşma, təmiz gəmiçilik texnologiyaları və dəniz infrastrukturu sahələrində fəaliyyət göstərən şirkətlərdən ibarət olacaq.

Səfər çərçivəsində biznes imkanlar və dəstək alətləri üzrə brifinqlər keçiriləcək, aparıcı şirkətlər və qurumlara səfərlər, B2B və yüksək vəzifəli şəxslərlə işgüzar görüşlər təşkil olunacaq.

Səfər bazara birbaşa çıxış əldə etmək, strateji tərəfdaşlıq əlaqələri qurmaq və dinamik inkişaf edən dəniz regionuna daxil olmaq üçün unikal imkan yaradacaq.

Seçilən
54
50
operativmedia.az

10Mənbələr