"OPEC+" nazirlərinin monitorinq komitəsinin iclası iyulun 28-nə planlaşdırılıb.
Operativ Media bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, bu görüşlər adətən iki aydan bir keçirilir.
Nazirlərin monitorinqinin sonuncu iclası mayın 28-də, "OPEC+"un nazirlərinin ümumi iclası ilə eyni gündə baş tutub.
"OPEC+" nazirlərinin monitorinq komitəsi adətən neft hasilatı ilə bağlı heç bir qərar qəbul etmir. Bununla belə, o, tövsiyələr verə və lazım gələrsə, bütün "OPEC+" nazirlərinin növbədənkənar iclasını çağıra bilər.
Gözəl Azadəliyeva