Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib.
DİM-dən Operativ Media-ya bildirilib ki, jurnalın bu nömrəsində 2025/2026-cı tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.
Bu nömrədə, həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2024-cü ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları da təqdim olunub.