AZ

ABŞ dünyanın heç bir yerində hərbi mövcudluğunu artırmaq niyyətində deyil

ABŞ dünyanın heç bir yerində hərbi mövcudluğunu artırmaq niyyətində deyil.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak mətbuat konfransında deyib.

O qeyd edib ki, Amerika hakimiyyəti İsraili heç nəyə məcbur etməyi planlaşdırmır:

"Biz artıq düşmən niyyəti ilə heç bir yerə qoşun göndərməyəcəyik. ABŞ İsraili heç nəyə məcbur edə bilməz. Biz öz təsirimizdən istifadə etmək və tərəfləri ortaq həllə nail olmaq üçün bir araya gətirmək üçün buradayıq", - o deyib.

 

Gözəl Azadəliyeva

Seçilən
32
50
operativmedia.az

10Mənbələr