AZ

Rəşad Sadıqovun mətbuat konfransının vaxtı dəyişdirilib

"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqovun Bakıda Xorvatiyanın "Hayduk" klubu ilə keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransının vaxtı dəyişdirilib.

Operativ Media xəbər verir ki, “qartallar”ın çalışdırıcısı iyulun 22-də saat 17:45-də “Neftçi Arena” stadionunda jurnalistlərlə görüşəcək. Bu, əvvəlcədən nəzərdə tutulan vaxtdan 15 dəqiqə tez baş tutacaq. Yarım saatdan sonra komandanın son məşqi başlayacaq və bu məşq ilk 15 dəqiqə ərzində mətbuatın ixtiyarına veriləcək.

Xatırladaq ki, həmin gün, saat 19:00-da “Hayduk”un baş məşqçisi Qonzalo Qarsiyanın jurnalistlərlə görüşü, saat 19:30-da isə komandasının məşqi başlayacaq.

Qeyd edək ki, "Zirə" - "Hayduk" matçı iyulun 23-də adıçəkilən arenada keçiriləcək və saat 19:30-da başlayacaq.

Seçilən
36
2
operativmedia.az

10Mənbələr