AZ

"Real Madrid" Rodrini transfer etmək istəyir

İspaniya klubu "Real Madrid" "Mançester Siti"nin 29 yaşlı ispan yarımmüdafiəçisi Rodrini transfer etməkdə maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.

Dizindəki zədə səbəbindən 9 ay futboldan uzaq qalan Rodri ötən mövsümün sonunda meydana qayıdıb və əvvəlki formasını bərpa edir.

Onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Tərəflər müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmır.

İngiltərə klubu Rodrinin transferindən ən azı 80 milyon avro gözləyir.

Seçilən
47
50
operativmedia.az

10Mənbələr