EN

“Milan” Koni de Vinteri satın aldı

“Milan” 23 yaşlı belçikalı mərkəz müdafiəçisi Koni de Vinteri “Cenoa”dan tamhüquqlu əsasda “rossoneri”nin düşərgəsinə qatıb.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərflər 5 illik – müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid “Milan”a 20 milyon avro məbləğ müqabilində başa gəlib.

Koni de Vinter “rossoneri” üçün “5” nömrə altında çıxış edəcək.
Koni de Vinter “Yuventus”un məzunudur. Futbolçu həmçinin “Empoli” (icarə) və “Cenoa”da oynayıb.

Geridə qalmış mövsümdə De Vinter “Cenoa” üçün 26 oyuna keçirib, 3 qol vurub.

Koni de Vinter 2024-cü ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 4 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı belçikalı mərkəz müdafiəçisinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Chosen
9
42
arena.az

10Sources