EN

Azər Bağırov: “Bu gün susmaq lazımdır”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, əyalət təmsilçiləri arasında Qəbələdə keçirilmiş oyun “İmişli”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox ağır məğlubiyyətdir. Qırmızı vərəqəyə qədər pis oynamadıq. Bəzi epizodlarda nələrsə alınırdı. “Qırmızı”dan sonra bütün oyun planımız pozuldu. İlk 25 dəqiqədə komanda pis deyildi.

Qapıçının performansını şərh etməyə ehtiyac yoxdur. Çox şey haqda danışmaq olar. Amma bu gün susmaq lazımdır. Qışa qədər mümkün olduğu qədər çox xal toplamalıyıq. Qış fasiləsində isə hər şey ola bilər, düşünəcəyik. Bu oyun üçün qapıçı seçimimizdə xüsusi bir səbəb yox idi. Məşqə yanaşma, intizam qaydalarına görə seçim edirik. Qapıçı məşqçisi ilə də məsləhətləşirik. Spontan qərar deyildi. Həftəlik məşqlərdə müzakirələr aparırıq və qərar veririk”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
40
5
arena.az

10Sources