EN

U-23 dünya çempionatında güləşçilərimizdən tarixi uğur

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında keçirilmiş U-23 dünya çempionatında güləşçilərimiz 7 medal qazandılar.

Arena.az xəbər verir ki, oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialında təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə tarixi uğura imza atdılar.

Belə ki, bu nəticə 2017-ci ildən bu yana keçirilən U-23 dünya çempionatları tarixi boyunca medalların əyarına görə ən yaxşı nəticəmizdir.

Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dan (5-2-4) sonra 4-cü yeri tutub.

Xatırladaq ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olublar. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
50
31
arena.az

10Sources