Azərbaycanın “Qarabağ”, “Zirə”, “Sabah”, “Araz-Naxçıvan”, “Neftçi” və “Turan Tovuz” klublarının dünya reytinqindəki mövqeləri bəlli olub.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.
İFFHS-in cədvəlində planetin 704 ən yaxşı komandası yer alıb. Siyahıda Azərbaycanı 6 klub təmsil edib.
Hazırda 182,5 xalı olan “Qarabağ” yeni siyahıda 1 pillə geriləyib. Azərbaycan çempionu 68-ci sıradan 69-cu yerə düşüb.
Digər klublarımızdan “Sabah” (93,5 xal) 252-ci mövqedən 224-ə qalxıb. “Zirə” (66,75) 360-cı sıradan 389-a enib. “Araz-Naxçıvan” (60,25) 486-cı pillədən 456-ya, “Neftçi” (51,25) 563-dən 553-dək irəliləyib. “Turan Tovuz” (45) da geriləyən klublar sırasındadır. Tovuz komandası 608-ci pillədən 627-yə düşüb.
Dünya reytinqinə 613 xalı olan Fransa çempionu PSJ rəhbərlik edir. İspaniyanın “Real” klubu 471 xalla ikincidir. İlk üçlüyü İngiltərənin “Çelsi” klubu qapayır – 447 xal.
Reytinq siyahısının ilk 10 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:
- PSJ (Fransa) – 613 xal
- Real (Madrid, İspaniya) – 471 xal
- Çelsi (İngiltərə) – 447 xal
- İnter (Milan, İtaliya) – 447 xal
- Bayern (Almaniya) – 440 xal
- Flamenqo (Braziliya) – 424 xal
- Barselona (İspaniya) – 419 xal
- Arsenal (İngiltərə) – 407 xal
- Palmeyras (Braziliya) – 384 xal
- Borussiya (Dortmund, Almaniya) – 384 xal
