EN

Azər Bağırov: “Gənclər və yeni transferlər yaxşı təsir bağışladılar” – ARENA.AZ

“Kəpəz”in baş məşqçisi Azər Bağırov bu gün qış toplanışı çərçivəsində “Karvan”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların Yevlaxda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 0:0ə

Azər Bağırov matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Oyun yaxşı keçdi. Bu matçda da gənc futbolçulara və yeni transferlərimizə şans verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. Bir günlük istirahətdən sonra “Qarabağ”la oyunun hazırlıqlarına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq”.

Xatırladaq ki, “Kəpəz” daha öncə “Qəbələ”yə qarşı keçirdiyi yoxlama oyununda 1:3 hesablı məğlubiyyətə üzülmüşdü. Gəncə təmsilçisi Premyer Liqanın cari mövsümünün geridə qalmış hissəsində topladığı 9 xalla 10-cu sırada qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
36
8
arena.az

10Sources