“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze bu gün Birinci Liqa təmsilçisi “Baku Sportinq”ə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların görüşü “Qəbələ”nin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Kaxaber Sxadadze matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Bizim üçün vacib o idi ki, yoxlama oyunu keçirək. Şadıq ki, çox qol vurduq. Lakin belə oyunlarda nəticə heç bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, futbolçular onlara verilən tapşırıqları yerinə yetirsinlər. Müəyyən səhvlərimiz oldu və bunun üzərində işləyəcəyik. Artıq çempionatın başlamasına bir həftə qalır. Yaxşı hazırlaşmaq lazımdır. Təəssüf ki, iki futbolçumuz – Xayme Syerra və İbrahima Sanqare cəzalı olduqlarından “Şamaxı” ilə matçda oynamayacaqlar. Yoxlama oyunlarındakı nəticələr bizi aldatmamalıdır. Yoxlama matçları ilə çempionat oyunları arasında böyük fərq var”.
