EN

Cek Qriliş bir neçə aylıq sıradan çıxdı – ARENA.AZ

“Everton”un ingiltərəli sol cinah hücumçusu Cek Qriliş aldığı ciddi zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

30 yaşlı futbolçu tezliklə əsaslı tibbi müayinədən keçiriləcək. Qrilişin zədəsinin təfərrüatı açıqlanmır, amma futbolçunun bir neçə ay müddətində futbolsuz qalacağı haqda xəbərlər var.

Xatırladaq ki, Qriliş cari mövsümün sonuna qədər müddətə “Mançester Siti”dən “Everton”a icarəyə verilib. O, cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 22 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Cek Qriliş “Aston Villa”nın məzunudur. Futbolçu həmçinin “Notts Kaunti” (icarə) və “Mançester Siti”də çıxış edib. “Mançester Siti” Qrilişi 2021-ci ilin avqust ayında “Aston Villa”dan 117,5 milyon avro məbləğ müqabilində “şəhərlilər”in heyətinə qatıb.

Ümumilikdə Qriliş “Mançester Siti” üçün 157 oyuna çıxıb, 17 qol və 23 məhsuldar ötürmə ilə fərqlənib.

Cek Qriliş 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 39 oyuna 4 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
55
12
arena.az

10Sources