Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı aktyor Lütfəli Abdullayevə həsr olunub.
Verilişdə aktyorun qızı, Əməkdar artist Xurşid Abdullayeva atası ilə bağlı xatirələrini bölüşüb.
"Atamla keçirdiyim hər gün indi də yadımdadır. O, işi ilə bağlı çox məşğul olsa da, həmişə bizə diqqət yetirirdi. Birlikdə rayona gedər, onun məşqlərində iştirak edər, tamaşalara baxardıq. Mənə həmişə "sən ali savadlı olmalısan. İstədiyin peşəni seçə bilərsən, amma aktrisa olduğunu bilsəm, qəbirdən çıxıb səni öldürəcəyəm" deyərdi", - Xurşid Abdullayeva söyləyib.
Proqramda Xalq artisti Cahangir Novruzov Lütfəli Abdullayevin ölümünü qabaqcadan hiss etdiyini deyib:
"O, insult keçirməmişdən bir gün əvvəl telefon dəftərini qabağına qoyaraq bütün yaxınlarına zəng etdi. Şəmsi Bədəlbəyliyə də yığaraq "sabah atanın yanına gedəcəyəm, ona sözün var?" dedi. Gecə də hər kəslə zarafat etmişdi".
Ətraflı süjetdə:
"Molokan" bağındakı qızı niyə evinə gətirdi? - Öləcəyi günü bilən Lütfəli Abdullayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.