Bu fikri Demokrat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyədə fəaliyyət göstərən “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təmsilçisi Hulusi deyib.
O əlavə edib ki, bu hadisəni qəbul etmək mümkün deyil:
“Bu, insanlıq əleyhinə cinayətdir. Ən adi hüquqların tapdanması, əsl vəhşilikdir. Susuz və müdafiəsiz insanlara işgəncə vermək, özbaşına davranmaq, video qeydləri silmək dövlət orqanlarına yaraşan hərəkətlər deyil. Bu, ancaq qanunsuz fəaliyyət göstərən bir cinayətkar dəstənin işi ola bilər. Hüquqi dövlətlərdə hər şey şəffaf və qanunlara uyğun şəkildə həyata keçirilir. Kimliklərini belə təqdim etməyən bu qara geyimli şəxslər insanlıq adına ağır bir cinayət törədiblər. Ziyəddin və Hüseyn Səfərov qardaşları qəddarlıqla qətlə yetirilib. Bu necə baş verə bilər? Bu qətliamı qəbul etmək mümkün deyil. Mən Hüseyn və Ziyəddin Səfərovların ailələrinə, eləcə də bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.
Sabiq səfir deyib ki, bu, hadisə ilə bağlı obyektiv, şəffaf və hərtərəfli istintaq aparılacaq:
“Baş verənlər tam araşdırılmalı, vurulan zərərlər ödənilməli, ailələrə təzminat verilməli və onlardan rəsmi üzr istənilməlidir. Bu, humanist bir yanaşmadır və hər kəsin haqqıdır bunu tələb etmək. Bu cür vəhşi davranışların bir daha təkrarlanmaması üçün ciddi tədbirlər görülməlidir. Bir daha bütün Azərbaycanlı miqrantlara keçmiş olsun deyirəm. Azərbaycan bilməlidir ki, Türkiyə hər zaman onun yanındadır. Atatürkün dediyi kimi: “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir.” Biz də bu kədəri sizinlə bölüşürük”.
Leyla Turan
Demokrat.az
10Источники
-
demokrat.az"Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün abidələri bərpa edir" ( 18973780)
-
demokrat.azQulu Məhərrəmli: "Rus dilinə tələbat dövrün çağırışına bağlı olaraq azalır" ( 18896830)
-
demokrat.az"İnsanlar çimərlik üçün ödəniş edirsə, təmizliyə cavabdeh olmaq lazımdır" — Adil Qeybulla ( 18860932)
-
demokrat.az"Gəncləri hədə-qorxu ilə dini mərasimlərə cəlb etmək olmaz” — İlahiyyatçıdan AÇIQLAMA ( 18856327)
-
demokrat.azRauf Zeyni: "Azərbaycan polisi müstəqil dövlətçiliyimizin qorunmasında böyük rol oynayır" ( 18854617)
-
demokrat.azEks-səfir: "Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır" ( 18832183)
-
demokrat.azTürkiyənin Azərbaycandakı sabiq səfiri: "Şərlə dolu əllərinizi azərbaycanlı miqrantlardan çəkin" ( 18787621)
-
demokrat.az"Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm" — İlham Rəhimov ( 18735511)
-
report.azRamin Məmmədov Almaniyanın Dini Azadlıq üzrə komissarı ilə görüşüb ( 18663703)
-
moderator.azAzərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb - FOTO ( 18635260)