ain.az bildirir, Dogru.az saytına əsaslanaraq.
Tehran hazırkı mərhələdə İranın nüvə proqramı ilə bağlı yaranmış böhranı müzakirə etmək üçün ABŞ-la danışıqların yeni raundunu keçirməyi düşünmür.
Doğru.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi keçirdiyi mətbuat konfransında açıqlama verib.
TASS agentliyi onun sözlərini sitat gətirərək bildirib: “İndiki vəziyyətdə bizim ABŞ-la dialoqa başlamaq planımız yoxdur…”
Bəqayi əlavə edib ki, iyulun 22-də Tehranda Rusiya, Çin və İran nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək.
DOĞRU.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.