RU

Rusiyada təyyarələr toqquşdu

Şeremetyevo hava limanında “Rossiya Sukhoi Superjet” təyyarəsi Hainan Hava Yollarına məxsus "Airbus A330" ilə toqquşub.

"Unikal" xəbər verir ki, bu barədə "Aviaincident" Teleqram kanalı məlumat yayıb.

Qeyd olunur ki, toqquşma nəticəsində Rusiyanın içərisində 100 nəfər olan təyyarəsi quyruq hissədən zədələnib. Hadisə uçuşdan əvvəl baş verib. Xəsarət alanların olmadığı bildirilir.

Vəziyyətlə bağlı hələlik rəsmi şərh verilməyib.

Избранный
23
12
unikal.az

10Источники