RU

Erlinq Haland Kristiano Ronaldonun rekorduna şərik oldu

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqasının əsas mərhələsində “Vilyarreal”a vurduğu qolla yeni göstəriciyə imza atıb.

Arena.az xəbər verir ki, norveçli forvard həm klub və həm də millidə ardıcıl 12 matçda minimum bir qol vurmaqla Portuqaliya yığmasının üzvü Kristiano Ronaldonun rekorduna şərik olub.

Xatırladaq ki, “Vilyareal” – “Mançester Siti” matçında “şəhərlilər” 2:0 hesabı ilə qalib gəliblər. Haland 17-ci dəqiqədə hesabı açıbsa, digər qolu Bernardo Silva (40) vurub.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 15 qol vurub, 1 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 157 oyun, 139 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 46 oyuna 51 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
3
7
arena.az

10Источники