RU

Dambrauskas: “Hakimin qərarı bizə böyük zərər vurdu”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 9-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün “Masazır Arena”da keçirilmiş oyunda qalib müəyyənləşməyib – 2:2.

Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun idi. Birinci hissədə topa daha çox nəzarət edən tərəf biz idik. Rəqibə heç bir fürsət vermədik. Bəzi epizodlardan yaxşı istifadə edə bilmədik. Hücumları daha yaxşı bitirə bilərdik. İkinci hissənin ilk 5 dəqiqəsi xoşuma gəlmədi. Sanki oyuna yuxulu halda daxil olduq. Mərkəzdə çoxlu top itkiləri oldu. Rəqib bizə böyük təzyiq etmirdi. Qollardan sonra daha açıq oyunun şahidi olduq. Hesabı 3:1 etmək üçün fürsətlərimiz var idi. Matçın sonlarında hakimin verdiyi foul qərarında mənim oyunçuma qarşı qayda pozuntusu olmuşdu. Orada niyə cərimə zərbəsi verdikləri mənə qaranlıq qaldı. Bilmirəm Hakimlər Komitəsinin sədri bu barədə nə deyəcək. Hər oyunda 3:0 hesabı ilə qalib gələ bilməzsən. Bir çox matçlar bərabər səviyyədə keçir. Hakimin son saniyələrdə əleyhimizə verdiyi qərar bizə böyük zərər vurdu”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
18
3
arena.az

10Источники