RU

Luis Enrike Uorren Zair-Emerini təriflədi - ARENA.AZ

PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin fransalı yarımmüdafiəçisi Uorren Zair-Emeri haqda qənaətini açıqlayıb.

Arena.az ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir. Bu mövsümün başlanğıcından bəri o, yüksək səviyyəli futbol göstərir. Meydanda əminlik nümayiş etdirir”, deyə Enrike vurğulayıb.

Luis Enrike mövsümün cari kəsimində oyunçularına yanaşmasını da açıqlayıb:

“Hazırda mənim üçün əsas olanı – oyunçularımdan hansının meydana çıxmağa hazır olduğunu və idman formasını qoruyub-saxlamaq üçün hər bir oyunçunun oyunda nə qədər müddət keçirməli, ancaq buna rəğmən zədələrdən yayınmalı olduğunu anlamaqdır”, deyə Enrike vurğulayıb.

PSJ-nin akademiyasının yetirməsi olan Uorren Zair-Emeri 2022-ci ilin yayından bu klubun əsas komandasında oynayır. Onun Paris klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Cari mövsümdə gənc yarımmüdafiəçi parislilərin heyətində 13 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Zair-Emerinin Fransa nəhənginin heyətində ümumi statistikası isə belədir: 142 oyun, 8 qol, 10 məhsuldar ötürmə.

Uorren PSJ ilə Liqa 1-in 2022/2023 və 2023/2024 mövsümlərinin qalibi olub, həmçinin bu mövsüm Fransa Super Kubokunu qazanıb.

Uorren Zair-Emeri 2023-cü ildə debüt etdiyi Fransa yığmasının heyətində debüt edib. O, əsas millidə keçirdiyi 7 oyunda 1 qol vurub. Uorren Fransanın U-17 yığması ilə 2022-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 19 yaşlı Uorren Zair-Emerini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
18
17
arena.az

10Источники