RU

Azərbaycan millisinin Fransa ilə oyunu 200 manata - ARENA.AZ

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı keçirəcəyi matçların biletləri satışa çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“İticket.az” vasitəsilə satılan biletlərin qiymətləri İslandiya ilə oyun üçün 5-30 manat aralığında dəyişir. Azərbaycan – Fransa görüşü üçün bilet qiymətləri isə 5-200 manat aralığındadır.

Qeyd edək ki, Azərbaycan millisinin İslandiya ilə qarşılaşması noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək. Qarşılaşmaya saat 21:00-da start veriləcək. Azərbaycan – Fransa matçı isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu oyuna da saat 21:00-da start veriləcək.

Xatırladaq ki, millimiz bu rəqiblərinin hər ikisinə səfərdə böyük hesabla uduzub. İslandiya ilə səfər matçında 0:5, Fransa ilə səfər görüşündə isə 0:3 hesablı darmadağın qeydə alınıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
31
17
arena.az

10Источники