RU

Vitor Pereyra “Vulverhempton”dan qovuldu - ARENA.AZ

İngiltərənin “Vulverhempton” komandasının Portuqaliyadan olan 57 yaşlı çalışdırıcısı Vitor Pereyra baş məşqçi vəzifəsindən istefaya göndərilib.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.

Komandanın 2025/2026-cı illər mövsümünə çox uğursuz başlaması Pereyranın istefası ilə nəticələnib. Son olaraq ötən gün “Fulhem”ə səfərdə 0:3 hesabıyla uduzmuş “canavarlar”ın çalışdırıcısı məhz bu oyundan sonra qovulub.

Xatırladaq ki, Vitor Pereyra 2024-cü ilin dekabrında “Vulverhempton”un baş məşqçisi təyin olunmuşdu. O, “canavarlar”ı bütövlükdə 38 oyuna çıxarıb, 14 qələbə, 9 heç-heçə və 19 məğlubiyyət görüb.

Vitor Pereyra daha öncə “Flamenqo”, “Korintians”, “Fənərbağça”, “Şanxay”, “1860 Münhen”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu”, “Santa Klara”, “Espinyo”, “Sanxoanense” kimi komandaları da çalışdırıb.

“Vulverhempton” İngiltərə Premyer Liqasının cari mövsümündə 10 oyuna çıxıb, cəmi 2 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Komanda yarış cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
37
48
arena.az

10Источники