RU

“Qarabağ” “Poqon”a da qalib gəldi – ARENA.AZ

Türkiyədə təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Polşa təmsilçisi “Zaqlembe” (Lyubin) ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə bitib. “Köhlən atlar”ın heyətində Leandro Andrade (6), Abdullah Zubir (56) və Xoni Montiel (69) fərqləniblər.

Ağdam klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha əvvəl Özbəkistanın “Neftçi” (Fərqanə) komandasına (5:0) və Xorvatiya təmsilçisi “Osiyek”ə isə 3:1 hesabı ilə qalib gəlmişdi.

Xatırladaq ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın “Ayntraxt” (Frankfurt) kollektivi ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
9
9
arena.az

10Источники