RU

Əliyar Ağayev “Yanq Boyz” – “Olimpik” matçına təyinat aldı – ARENA.AZ

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev futbol üzrə Avropa Liqasının (Avroliqa) Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Əliyar Ağayev Avroliqanın 2025/2026-cı illər mövsümünün əsas mərhələsinin 7-ci turu çərçivəsində İsveçrənin “Yanq Boyz” və Fransanın “Olimpik” (Lion) komandaları arasında keçiriləcək oyunun baş hakimi təyin olunub. Bu görüşdə ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR-da İspaniyadan olan Gilyermo Kuadra Fernandes əyləşəcək. AVAR-da isə Nicat İsmayıllı çalışacaq.

Xatırladaq ki, “Yanq Boyz” – “Olimpik” (Lion) matçı yanvarın 22-də İsveçrənin Bern şəhərindəki “Vankdorf” stadionunda təşkil ediləcək. Oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
36
8
arena.az

10Источники