RU

Yüksək Liqa: Yarımfinalın son iki iştirakçısı bəlli oldu – ARENA.AZ

Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 1/4 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün hər iki görüşü Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.

Əvvəlcə “Milli Aviasiya Akademiyası” “Abşeron”u 3:1 (25:18, 18:25, 25:19, 25:18) hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

Komandalar arasında ilk matçda da “Milli Aviasiya Akademiyası” rəqibini üstələmişdi – 3:2.

Günün ikinci oyununda “Gəncə” UNEC-lə üz-üzə gəlib. Görüş Gəncə komandasının qələbəsi ilə yekunlaşıb – 3:2 (23:25, 25:22, 25:22, 20:25, 15:9).

Bu komandalar arasında baş tutmuş ilk dueldə də bölgə təmsilçisi qələbəyə sevinmişdi – 3:2. Beləliklə, növbəti yarımfinalçı “Gəncə” komandası olub.

Xatırladaq ki, daha əvvəl “Turan” və “DH Volley” komandaları da yarımfinala vəsiqə qazanmışdılar.

Yüksək Liqa
1/4 finalın cavab oyunları
3 aprel

“Milli Aviasiya Akademiyası” – “Abşeron” 3:1 (25:18, 18:25, 25:19, 25:18)

“Gəncə” – UNEC 3:2 (23:25, 25:22, 25:22, 20:25, 15:9)

Yarımfinal mərhələsinin cütləri:

“Turan” – “Gəncə”
“DH Volley” – “Milli Aviasiya Akademiyası”

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
9
4
arena.az

10Источники