RU

ABŞ və Nigeriyadan birgə ƏMƏLİYYAT – İŞİD liderlərindən biri məhv edildi – FOTO

ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının ikinci liderinin məhv edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, ABŞ lideri "Truth Social" hesabındakı paylaşımında bu barədə məlumat verib.
 

"Bu gün axşam mənim göstərişimlə rəşadətli Amerika hərbçiləri və Nigeriya Silahlı Qüvvələri dünyanın ən fəal terrorçusu - Əbu Bilal əl-Minukinin zərərsizləşdirilməsi üzrə diqqətlə hazırlanmış və son dərəcə mürəkkəb əməliyyatı qüsursuz şəkildə həyata keçirdilər", - Ağ Ev rəhbəri yazıb.


Tramp vurğulayıb ki, Amerika mənbələri Vaşinqtonu bu terrorçunun Afrika ərazisindəki bütün hərəkətləri barədə məlumatlandırırdı. ABŞ Prezidentinin sözlərinə görə, onun məhv edilməsindən sonra İŞİD-in fəaliyyəti əhəmiyyətli dərəcədə sarsıdılıb.

"O, artıq Afrika xalqları arasında dəhşət saçmayacaq və Amerika vətəndaşlarına qarşı yönəlmiş əməliyyatların hazırlanmasında iştirak edə bilməyəcək. Bu əməliyyatın keçirilməsində göstərdiyi köməyə görə Nigeriya hökumətinə minnətdarlığımızı bildiririk", - Tramp yekunlaşdırıb.



Bizim.Media

Избранный
20
23
bizim.media

10Источники