AZ

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

Stolüstü tennisçi Onur Quluzadə iyunun 18-dən etibarən növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb. Seçmə komandamızın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, iyulun 5-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur. Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Seçmə komandamızın üzvləri mütəmadi olaraq Çində təşkil olunan anoloji hazırlıq proseslərinə qatılırlar.

Seçilən
10
10
report.az

10Mənbələr