BAKI, 18 iyun. TELEQRAF
Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, seçmə komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə hazırlaşacaq.
Hazırlıq iyulun 5-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında keçiriləcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Azərbaycan millisinin üzvləri mütəmadi olaraq Çində təşkil olunan anoloji hazırlıq proseslərinə qatılırlar.