sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə iyunun 18-dən etibarən növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb. Sport24.az xəbər verir ki, seçmə komandamızın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, iyulun 5-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən "Zhenq Dinq" təlim-məşq bazasında hazırlıq keçəcək.
Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Seçmə komandamızın üzvləri mütəmadi olaraq Çində təşkil olunan anoloji hazırlıq proseslərinə qatılırlar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.