AZ

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb.

90deqiqe.Az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbaut xidmətinə istinadən xəbər verir ki, milli üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, iyulun 5-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək.

Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Millinin üzvləri mütəmadi şəkildə Çində təşkil olunan anoloji hazırlıq proseslərinə qatılırlar.

Seçilən
9
10
90deqiqe.az

10Mənbələr