AZ

Azərbaycan stolüstü tennisçisi Çində hazırlıq keçəcək

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb.
 
Federasiyanın mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, seçmə komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə hazırlaşacaq.
 
Hazırlıq iyulun 5-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında keçiriləcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur.
 
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Azərbaycan millisinin üzvləri mütəmadi olaraq Çində təşkil olunan anoloji hazırlıq proseslərinə qatılırlar.
Seçilən
9
10
moderator.az

10Mənbələr