AZ

Azərbaycanın stolüstü tennisçisi Çin millisinin bazasında hazırlıq keçəcək

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə bu gündən etibarən növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, idmançı baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə iyulun 5-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Yığmanın üzvləri mütəmadi olaraq Çində təşkil olunan anoloji hazırlıq proseslərinə qatılırlar.

 

 

Seçilən
9
10
azertag.az

10Mənbələr