AZ

ABŞ-də qeyri-qanuni miqrantlar üçün böyük çadır düşərgələri qurulacaq

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti müvəqqəti saxlama mərkəzləri kimi istifadə ediləcək böyük çadır düşərgələri qurmaqla qeyri-qanuni miqrantların saxlanması və deportasiyasını sürətləndirməyi planlaşdırır.Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, ABŞ-də 2025-ci ilin sonunadək saxlama yerlərinin – çarpayıların sayının 100 000-ə çatdırılması nəzərdə tutulur. Donald Tramp administrasiyası hesab edir ki, deportasiya prosesini ləngidən əsas səbəb hazırkı müvəqqəti saxlama mərkəzlərində yer çatışmazlığıdır.

Hazırda ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi ölkə üzrə 200-dən çox immiqrasiya təcridxanasını idarə edir. Yeni plan çərçivəsində bu rəqəmin daha da artırılması və düşərgələrin daha çevik şəkildə idarə olunması gözlənilir.

Seçilən
30
50
anews.az

10Mənbələr