ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti müvəqqəti saxlama mərkəzləri kimi böyük çadır düşərgələri qurmaqla qeyri-qanuni miqrantları saxlamaq və sonradan deportasiya etmək imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın administrasiyası hesab edir ki, qeyri-qanuni mühacirlərin deportasiya sürətinin artmasına əsas maneə müvəqqəti saxlama mərkəzlərində yer çatışmazlığıdır. 2025-ci ilin sonuna qədər xidmət çarpayıların sayını 100 000-ə çatdırmağı planlaşdırır.
Ümumilikdə, qurum ABŞ-də 200-dən çox immiqrasiya təcridxanasını idarə edir. (Oxu.az)