Miqrant qayığını deşmək insan axınının qarşısını ala bilməyib.
AzPost xəbər verir ki, Fransa polisi Manş boğazından keçmək istəyən miqrantların qayığını deşsə də, bu, onların Britaniyaya çatmasına mane olmayıb.
AzPost xəbər verir ki, “The Guardian”ın əldə etdiyi sənədə görə, 9 iyul gecəsi deşilən qayığa sahil boyu daha çox sərnişin mindirilib və nəticədə 55 nəfər Böyük Britaniyada sahilə çıxıb.
Hadisə Britaniya və Fransa liderlərinin miqrasiya ilə bağlı yeni razılaşma elan etməsindən bir neçə saat öncə baş verib. Mütəxəssislər bu taktikanın həm təhlükəli, həm də təsirsiz olduğunu bildirirlər.
Britaniya hökuməti miqrantların saxlanması üçün Brook House mərkəzini ayırıb, lakin kimlərin seçiləcəyi və nə qədər saxlanılacağı bəlli deyil.