AZ

ABŞ-də “miqrant ovu” başlayıb

“Bu gün cinayət işində adı keçməsə belə, ölkədə qanunsuz yaşayan hər kəs hədəfə alınacaq”.

"Cebheinfo.az" xəbər verir ki, bunu “CBS News”un “Face the Nation” proqramında iştirak edən ABŞ Miqrasiya və Gömrük Mühafizəsi İdarəsinin (ICE) müvəqqəti direktoru Todd Lyons deyib.

Lyons qanunsuz miqrantların saxlanılacağını və icazəsiz işçi işlədən şirkətlərə qarşı sərt tədbirlərin görüləcəyini bildirib.

O, ICE-nin resurslarının əsasən nizamsız miqrantlara və ağır cinayət keçmişi olan şəxslərə yönəldiləcəyini, lakin cinayət qeydi olmayan, sadəcə icazəsiz ABŞ-də yaşayan şəxslərin də saxlanılacağını deyib.

Lyons iş yerlərində yoxlamaların davam edəcəyini, bu cür fəaliyyətlərə qarşı hər hansı bir qadağanın olmadığını, ICE-nin yalnız qanunsuz işçiləri deyil, onları işə götürən işəgötürənləri də məsuliyyətə cəlb edəcəyini vurğulayıb.

Bildirilir ki, ABŞ Prezidenti Donald Trump vəzifəyə başladıqdan sonra ICE təxminən 150 min şəxsi deportasiya edib. Onların 70 mini yol və miqrasiya ilə bağlı cinayətlər səbəbilə cinayət qeydli şəxslər olub.

Seçilən
14
6
cebheinfo.az

10Mənbələr