AZ

“Anglo Asian Mining” Qarabağda “Dəmirli” yatağında ilk filiz hasilatına başlayıb

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən “Dəmirli” mis-molibden yatağında ilk filiz hasilatına başlayıb.

Bu barədə Operativ Media şirkətə istinadən xəbər verir.

"Anglo Asian Mining plc” “Dəmirli” mis-molibden yatağının istismara verilməsinin başlanması və ilk hasilat barədə məlumat verir. Yatağın istismara verilməsi davam edir və ilin sonunadək istehsalın artacağı gözlənilir", - məlumatda qeyd olunub.

Şirkət 2025-ci ildə “Dəmirli” yatağında təxminən 4 min ton mis konsentratının istehsal olunacağını proqnozlaşdırır.

"2026-cı ildən etibarən istehsalın ildə təxminən 15 min ton misə qədər artacağı gözlənilir. Yatağın istismar müddəti geoloji model və mineral ehtiyatlar modelinin daha da işlənməsindən sonra müəyyən ediləcək", - məlumatda bildirilib.

Seçilən
21
50
operativmedia.az

10Mənbələr