Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə keçirilməsi nəzərdə tutulmuş 6 qarşılaşmadan üçü artıq başa çatıb.
Premyer Liqa təmsilçilərindən “Sumqayıt” “Zaqatala” ilə qarşılaşıb və səfərdə darmadağına imza ataraq sürprizə imkan verməyib. “Difai” “Xankəndi” ilə görüşdə əzmkar qələbəyə sevinib. “Şimal” – “Şahdağ Qusar” cütünün qalibi isə əlavə vaxtda müəyyənləşib. Əsas vaxtı qolsuz bitmiş matçın əlavə yarım saatında 2 cavabsız qol vurmuş Qusa təmsilçisi mərhələ adlayan tərəf olub.
Bu gün həm də “Qəbələ” “Mingəçevir”lə, “Şamaxı” “Səbail”lə, “Neftçi” MOİK-lə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin digər oyunları ötən gün keçirilib. Rəqiblərinə qalib gəlmiş “Kəpəz”, “Karvan”, “İmişli”, “Turan Tovuz”, “Baku Sportinq” və “Şəfa” növbəti raunda vəsiqə qazanıblar.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
29 oktyabr
“Şimal” – “Şahdağ Qusar” 0:2
Qollar: Seymur Əliyev, 102. Sənan Ağalarov, 119.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
Şimal: 36. Əmrah Məmmədli, 5. İqrar Səmədov (k), 17. Cavad Hacıyev, 99. Şahlar Sədiyev, 4. Fərid Nadirov, 7. Xəyal Bədirov, 28. Nurlan Bayramov, 77. Ceyhun Kəlbəliyev, 11. Niyazi Osmanov, 21. Elgün Sadıqlı, 20. Sənan Mirzəyev.
Ehtiyat oyunçular: 1. Natiq Daşdəmirli, 27. Elmar Əzizov, 18. Tural Cəlilov, 2. Ülvi Zeynalov, 16. Amil Məmmədov, 22. Şirin Şirinov, 8. Pirverdi Seyidov.
Məşqçi: Fazil Salahov.
Şahdağ Qusar: 31. Nail Alışov, 9. Famil Camalov (k), 6. Əzəmət Ələkbərli, 29. Elşən Veysov, 44. Seymur Əliyev, 3. Məhərrəm Orucov, 55. Firuz Əhmədov, 5. Ramin Abdullayev, 10. Vüsal Əliyev, 17. Yelmar Aşurov, 71. Sənan Ağalarov.
Ehtiyat oyunçular: 1. Müşfiq Nadirov, 87. Hilal Maqsudlu, 19. Ruslan Voronsov, 7. Maqsud Ələkbərov, 20. Mehman Məsimov, 70. Cavid Quliyev, 4. Cavad Qurbanlı, 97. Polad İbrahimov, 38. Rail Əmirquliyev.
Baş məşqçi: Nazim Əliyev.
“Xankəndi” – “Difai” 1:2
Qollar: Emin Quliyev, 45+2 – Musa Musazadə, 61. Bayraməli Qurbanov, 71.
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Ağsu şəhər stadionu, 14:00.
Xankəndi: 99. Şahin Zəkiyev, 4. Elşad Manafov, 77. Əziz Hüseynov (k), 88. Müşfiq Teymurov, 9. Tural Qurbatov, 7. Bəhruz Teymurov, 10. Mirkamil Əliyev, 17. Emin Quliyev, 14. Hüseyn Hüseynli, 8. Elmar Rəhimov, 2. Əliəkbər Şəbiyev.
Ehtiyat oyunçular: 22. Elçin Qasımov, 50. Məhərrəm Məmmədli, 15. Nodar Məmmədov, 11. Sərxan Ağayev, 26. Ceyhun Cavadov, 29. İlyas Səfərzadə, 6. Pərviz Qaraxanov, 70. Tunar Mütəlimov, 27. Nihad Ağayev, 25. Adəm Topalov.
Baş məşqçi: İbrahim Uzunca.
Difai: 12. Tural Mirsultanov, 27. Əsgər Hüseynov, 20. Nemət Musayev, 11. Bayraməli Qurbanov, 10. Musa Musazadə (k), 5. Nihad Həsənzadə, 18. Kristian Kamta, 23. Kamil Qardaşlı, 16. Altayturan Bektaşoğlu, 8. Kamil Sadiqov, 21. Mühəmməd Həsənov.
Ehtiyat oyunçular: 1. Sadiq Məmmədzadə, 55. Nazim Həsənzadə, 17. Emin Məcidzadə, 19. Hacıəli Şirəliyev, 44. Rüfət Tahirov, 24. Miraqşin Abasov, 6. Nihad İsmayılov.
Məşqçi: Aydın Qasımov.
“Zaqatala” – “Sumqayıt” 0:3
Qollar: Aleksandr Ramalinqom, 8. Nihad Əhmədzadə, 34. Aleksa Yankoviç, 85.
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
Zaqatala: 89. Amin Ramazanov, 2. İlkin Qırtımov (k), 33. Kənan Müslümov, 77. Sərxan Abdullayev, 8. Roini İsmayılov, 10. Rəhman Şabanov, 70. Mətin Qəhrəmani, 17. Kamal Kazımov, 19. Kabamba Mardok, 13. Okan Təhməzli, 9. Habibu Abdurəşid.
Ehtiyat oyunçular: 12. Məmməd Muradov, 1. Davud Şabanov, 7. Asim Babazadə, 16. Yusif Dilanov, 34. Davud Mahmudov, 20. Mahir Həsənov, 27. Mahmud Məmmədov, 5. İbrahim Məmmədov, 18. Matondo Lumbu Preddi, 57. Bahadur Quliyev, 15. Cavad Kərimov, 11. Əfqan Əliyev.
Baş məşqçi: Rüstəm Məmmədov.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə (k), 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 10. Nikola Ninkoviç, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 77. Əli Cəlilzadə, 19. Roi Kehat, 72. Rayan Senhadji, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

