AZ

Kaxaber Sxadadze: “Bu, mənim üçün çox vacib idi” - ARENA.AZ

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Mingəçevir”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Qəbələ şəhər stadionunda baş tutmuş oyunda meydan sahibləri 5:1 hesablı qələbəyə seviniblər.

Qalib komandanın Gürcüstandan olan baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamı təbrik edirəm. 3 gündən sonra növbəti oyuna çıxsalar da, yaxşı təsir bağışladılar. Oyuna tam konsentrasiya olduq. Bu, mənim üçün çox vacib idi. Bütün qollarımız düzgün qurulmuş kombinasiyalı hücumların nəticəsində vuruldu. Sonradan meydana daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. İndi isə artıq çempionatda növbəti oyunumuza hazırlaşmalıyıq”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
30
15
arena.az

10Mənbələr