Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Səbail” – “Şamaxı” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir:
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
29 oktyabr
“Şəbail” – “Şamaxı” 0:1
Qol: Alfons Msanqa, 49.
Qolla nəticələnməyən penalti: Dioqo Balau, 57.
Sarı vərəqələr: Emil Qasımov, 83 (qeyri-idman hərəkəti) – Sezar Enrike, 80 (qeyri-idman hərəkəti). Rikardo Apolinario, 90 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə – 1 dəqiqə, ikinci hissədə – 4 dəqiqə.
Saat 16:00. “Bayıl Arena”. 150 tamaşaçı.
Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Kərim Zeynalov.
Dördüncü hakim: Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Səbail: 1. Rəşad Əzizli, 4. Səbayıl Bağırov, 39. Sadiq Quliyev (k), 11. Asim Əlizadə (8. Bahadur Həziyev, 78), 21. Paulo Rikardo (22. Mustafa Yakubu, 78), 99. Emil Qasımov (10. Əli Babayi, 89), 14. Turan Vəlizadə (83. Afonso Almeyda, 64), 19. Tuqay Əlizadə, 16. Emin Rüstəmov, 15. Fəxri Məmmədli, 6. Azad Əsgərov (74. Yusif Nəbiyev, 64).
Ehtiyat oyunçular: 12. Vüsal Şabanov, 25. Fəyyaz Mehdizadə, 5. Mohamed Sako, 89. Ömər Qurbanov, 20. Murad Fərzəliyev, 44. Murad Mustafayev.
Baş məşqçi: Elvin Məmmədov.
Şamaxı: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov (k), 80. Həbib İsmayılov, 27. Emil Süleymanov (13. Rikardo Apolinario, 74), 97. Oruc Məmmədov (9. Karim Rossi, 74), 77. Nihat Mehralıyev (11. Dioqo Balau, 46), 14. Ravil Qafarov (82. Rüfət Abbasov, 46), 24. Sənan Muradlı (8. Alfons Msanqa, 46), 6. Antonio Lara, 4. Sezar Enrike, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 21. Bilal İsmayılov, 90. Davud Mənsumov, 3. Vladislav Veremeyev, 44. David Santos.
Baş məşqçi: Ayxan Abbasov.

