Futbol üzrə Azərbaycan Kubokunun 2025/26 mövsümünün 2-ci təsnifat mərhələsinin “Ağstafa Gəncləri” ilə oyunu “Kəpəz” üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan Kubokunda 200-cü qolunu vurub.
“Ağstafa Gəncləri” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlmiş komandanın 4-cü qolu yubiley xarakteri daşıyıb. Gəncəlilərin kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.
Qərb təmsilçisi 111-ci matçında qol sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalan Gəncə klubu evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.
Xatırladaq ki, Gəncə komandasının kubokda ilk qolu 1993-cü il mövsümünə təsadüf edib. “Kəpəz” həmin mövsümdə 1/32 finalın ilk oyununda səfərdə “Nicat”la heç-heçə oynayıb – 2:2.
 
                        



































