AZ

Bu ölkə İrana hücum üçün hava məkanını BAĞLADI

Səudiyyə Ərəbistanı rəsmi Tehrana ərazisinin və hava məkanının İran İslam Respublikasına hücumlar üçün istifadə olunmayacağına zəmanət verib.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Agence France-Presse”-ə (AFP) istinadən yazır.

Səudiyyə Ərəbistanı hökumətinə və ordusuna yaxın mənbələrə görə, Ər-Riyad İrana birbaşa məlumat verib ki, ona qarşı heç bir hərbi əməliyyatda iştirak etməyəcək, krallığın ərazisi və hava məkanı bu məqsədlər üçün istifadə olunmayacaq.

13 yanvarda “The Wall Street Journal” qəzeti Səudiyyə Ərəbistanı, Oman və Qətərin ABŞ-ni İrana hücum etməmək barədə xəbərdar etdiyini bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ müttəfiqləri və İranda olan vətəndaşları ölkəni dərhal tərk etməlidirlər.

Seçilən
40
50
cebheinfo.az

10Mənbələr