ABŞ Prezidenti Donald Trampın müşavirləri ona xəbərdarlıq ediblər ki, İrana qarşı böyük bir hərbi hücum ölkədə hakimiyyət dəyişikliyinə səbəb olmayacaq və əksinə, daha geniş münaqişəyə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti administrasiyakı mənbələrinə istinadla məlumat yayıb.
Daha məhdud və hədəflənmiş hücumların da Tehranın etirazları yatırmaq siyasətini dəyişdirmək üçün təsirli bir vasitə kimi qəbul edilmir.
Tramp hələ yekun qərar verməsə də, genişmiqyaslı əmri verməsi halında hərbi resursların hazır vəziyyətdə olmasını təmin etməyi tapşırıb.