AZ

ABŞ-dən İrana hücum nə zaman ola bilər?

ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi variantları nəzərdən keçirdiyi, lakin mümkün hücumun ən yaxşı halda bir neçə gün sonra baş tuta biləcəyi iddia olunub.

"Cebheinfo.az" "The New York Times" qəzetinə istinadən xəbər verir ki, ABŞ bir müddətdir kütləvi etirazların davam etdiyi İrana hərbi müdaxilə planlarını müzakirə edir.

Nəşrə danışan ABŞ administrasiyasındakı mənbələr Trampın son günlərdə komandirlər tərəfindən təqdim olunan hərbi variantları nəzərə aldığını bildiriblər.

Adları açıqlanmayan rəsmilər bildiriblər ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Trampa geniş hərbi seçimlər təqdim edib.

Mənbələrin sözlərinə görə, mümkün hədəflər arasında yenidən İranın nüvə proqramı və ballistik raket sistemləri var.

Lakin kiberhücumlar və ya təhlükəsizlik qüvvələrinə qarşı ölümcül zərbələrin endirilməsi daha yüksək ehtimal kimi qiymətləndirilir.

Rəsmilər qeyd ediblər ki, Trampın hərbi əmri verməsi Tehranın atacağı növbəti addımlardan asılı olacaq.ABŞ-yə məxsus uzaqmənzilli bombardmançı təyyarələrin ehtimal olunan ikinci hücum təhlükəsinə görə əvvəlcə yüksək hazırlıq vəziyyətinə gətirildiyi, lakin dünəndən etibarən bu vəziyyətin dayandırıldığı bildirilib.

Mənbələr əlavə ediblər ki, hər hansı bir hücumun dərhal deyil, ən azı bir neçə gün sonra baş verəcəyi və bu hücumun İrandan güclü cavab reaksiyasına səbəb ola biləcəyi gözlənilir.

ABŞ kəşfiyyatına görə, İranın mümkün cavab zərbələri bölgədəki ABŞ hərbi bazalarına yönələcək. Xüsusilə Qətərdəki baza, eləcə də Suriyada və İraqda yerləşən ABŞ qüvvələrinin hədəf ola biləcəyi qeyd olunub.

Vurğulanır ki, Tramp İrana qarşı hücum əmri versə belə, onun hərbi seçimləri məhduddur.

Pentaqon rəsmiləri bildiriblər ki, hazırda ABŞ-nin Yaxın Şərqdə bir aviadaşıyıcısı, üç raketatan esminesi və ən azı bir raketatan sualtı qayığı mövcuddur. Bu gəmilərdən biri hazırda Qırmızı dənizdə yerləşir.

Seçilən
101
50
cebheinfo.az

10Mənbələr